Məşhur ssenarist vəfat etdi

Məşhur ssenarist vəfat etdi
24 yanvar 2023
# 17:30

Ssenarist, idmançı və yazıçı German Klimov 81 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat verib.

Sənətçinin ölümün səbəbi hələ məlum deyil.

German Klimov 9 may 1941-ci ildə Stalinqradda anadan olub. Orta məktəbi bitirdikdən sonra peşəkar idmanla məşğul olub. O, 1970-ci ilə kimi atletika üzrə SSRİ yığma komandasının üzvü olub. Həmin il SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin nəzdində ssenari müəllifləri və rejissorlar üçün Ali Kursları bitirib.

Klimov “Uzaq məsafəyə qaçış taktikası”, “Əlvida”, “Duel” “Final”, “Çempionun uçuşu” kimi filmlərin ssenarisini yazıb.

# 1086 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #