İran filmləri ana dilimizdə

İran filmləri ana dilimizdə
24 may 2018
# 10:08

Mayın 29-dan etibarən Mədəniyyət və İncəsənət Universitetində ana dilimizdə ekranlaşdırılmış İran filmləri təqdim olunacaq.

“Sərhədsiz kino” silsiləsindən filmlərin təqdimatı mayın 31-dək davam edəcək. Tanınmış iranlı kinorejissor Rıza Siami həmkarlarının lentə aldıqları ekran əsərləri ilə bağlı bunları deyib: “Kinosevərlər üç gün davam edəcək nümayişlərdə gənc rejissorların ərsəyə gətirdikləri 14 qısametrajlı filmə baxa biləcəklər. Təbriz, Ərdəbil və Urmiyadan olan rejissorların Azərbaycan dilində ekranlaşdırdığı filmlər təqdim ediləcək. Onlardan dördü sənədli, onu isə bədii filmdir”. /azertag.az/

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #