Məşhur rejissor vəfat etdi

Linda Vertmüller, rejissor, aktyor

Linda Vertmüller, rejissor, aktyor

9 dekabr 2021
# 18:00

İtaliyanın məşhur ssenarist və rejissoru Lina Vertmüller vəfat edib.

Kulis.az xəbər verir ki, 93 yaşlı rejissorun ölümü barədə məlumatı Ansa agentliyi yayıb. Məlumatda qeyd edilir ki, L.Vertmüllerin ölümü təbii səbəbdən baş verib.

L.Vertmüller “Miminin şirnikləndirilməsi”, “Məhəbbət və anarxiya”, “Süpürülmüş qaçaq” filmləri ilə məşhurluq qazanıb. 1977-ci ildə “Yeddi gözəl” filmi ilə “Ən yaxşı rejissor” nominasiyası üzrə Oskar mükafatına namizəd göstərilən ilk rejissor olub.

O, 2019-cu ildə Oskarın Fəxri mükafatını alan 4 nəfərdən biri, eləcə də bu mükafata layiq görülən ikinci qadın rejissor olub.

# 1992 dəfə oxunub

Müəllifin son yazıları

# # #