Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada

Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada
27 avqust 2026
# 18:20

Qazaxıstanın paytaxtındakı Triatlon parkında Azərbaycanın milli incəsənətinə, musiqisinə və idman-pəhləvanlıq ənənələrinə həsr olunmuş mədəni-əyləncəli tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir azərbaycanlıların “Xəzər” Etnomədəni Birliyi tərəfindən Astana şəhər hakimiyyəti ilə birgə təşkil olunub. Proqram çərçivəsində Azərbaycanın tanınmış pəhləvanı, “El pəhləvanları” İdman Klubu İctimai Birliyinin sədri Nurəddin Beyləqanlı Astanada yaşayan sakinlər və şəhərin qonaqları qarşısında möhtəşəm nömrələrlə çıxış edib.

Proqramın musiqi hissəsini Azərbaycanın milli musiqi aləti olan tarda əsərlər ifa edən Sadıq Namazovun çıxışı zənginləşdirib.

Tamaşaçılar qarşısında, həmçinin Azərbaycanın milli rəqslərindən ibarət proqram təqdim edən “Qadir” rəqs ansamblı çıxış edib.



# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər