Məşhur ifaçı ölümdən qayıtdı

Məşhur ifaçı ölümdən qayıtdı
21 sentyabr 2023
# 13:30

Tanınmış türkiyəli müğənni Nazan Öncəl ötən gün başına gələn bədbəxt hadisəni sosial media hesabında paylaşıb.

Kulis.az xəbər verir ki, sənətçi İstanbuldakı evindən çıxarkən başına yuxarıdakı eyvandan gül dibçəyi düşüb.

Tibbi müayinədən keçən sənətçi hazırda vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Qeyd edək ki, müğənni "Gedək burdan", "Küçə qızı", "Kişilər də yanar" kimi mahnıları ilə tanınıb.

# 569 dəfə oxunub

Müəllifin son yazıları

# # #