Cem Yılmazın müəllifi olduğu, rəqəmsal platformada yayımlanacaq "GORA 4 GORA" serialının çəkilişləri davam edir.
Kulis.az xəbər verir ki, ekran işində çəkilən Uraz Kayqılaroğlu Cem Yılmaz və Can Yılmaz ilə çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, ssenarisi Arif və Demon qarşıdurması üzərində qurulan serialın aktyor heyətində Uraz Kayqılaroğlu ilə yanaşı, Zafer Algöz, Özge Özberk, Necip Memili, Bige Önal, Bülent Şakrak və Bora Akkaş kimi məşhur simalar yer alır.

