Məşhur bəstəkar Hans Zimmer səhnədə sevgilisinə evlilik təklifi etdi - Fotolar

Məşhur bəstəkar Hans Zimmer səhnədə sevgilisinə evlilik təklifi etdi - Fotolar
19 iyun 2023
# 10:20

“Kral Aslan”, “Qladiator”, ‘Karib dənizinin quldurları” kimi filmlərə bəstələdiyi musiqilərlə tanınan məşhur bəstəkar Hans Zimmer uzun müddətdir birlikdə olduğu sevgilisi Dina De Lukaya səhnədə evlilik təklifi edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Oskarlı musiqiçinin evlilik təklifi Londonun O2 Arenasında 20 min insanın qarşısında gerçəkləşib.

65 yaşlı məşhur soundtrack bəstəkarı "Səni niyə bura çağırdım? Çünki çox vacib bir şey soruşacam. Arxa qapını bağladın? Süd soyuducudadır? Dondurucuda şərbət varmı?" suallarından sonra "mənimlə evlənərsən?" sualını verib.

Tamaşaçılar təklifdən sonra coşğuyla alqışladıqları üçün De Luka təklifi qəbul edib. Onlar səhnədə qucaqlaşıblar.

Konsertin qalan hissəsində De Luka Zimmerin yanında oturub. Zimmer 2010-cu ildə çəkilmiş "Başlanğıc" filmindəki məşhur "Zaman" əsərini ifa edib.

Qeyd edək ki, daha əvvəl iki dəfə evli olan alman bəstəkar karyerası ərzində 12 Oskar mükafatına namizəd olub. O, 1994-cü ildə Disney filmi "The Lion King" və 2021-ci ildə "Dune" filminə görə Ən Yaxşı Soundtrack kateqoriyasında Oskar qazanıb.

Ünlü film müziği bestecisi Hans Zimmer sevgilisine sahnede evlenme teklif etti - 1

# 806 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #