"Qiyamət gün gəlir" - Rafiq Tağıya həsr olunan şeir

"Qiyamət gün gəlir" - Rafiq Tağıya həsr olunan şeir
19 noyabr 2019
# 13:30

Bu gün mərhum şair Rafiq Tağının bıçaqlandığı gündür. Kulis.az Qardaşxan Əzizxanlının "Üç nöqtə nağılı" şeirini təqdim edir.

“Yeddi oğul istərəm...”
“Yeddi min yeddi yüz yetmiş yeddi dəli...”
birdən atlanıb,
tapsın qatili...
Yeddi bıçaq zərbəsilə
səkkizinci kərə
noyabr tiyəsi yortur qart ili...

“Dəmir at”lar da yortur
ağ zolaqlı “qıl körpü”də...
Yumalanır xəstəxana otaqlarında
iynəli “ağdöş kirpi”lər...
Qızım, ”əmi” sözündə
“ata” kəlməsi cilvələnir...
...Qışın qiyamətindən sonra
qiyamət gün gəlir...

# 2287 dəfə oxunub

Müəllifin son yazıları

# # #