Xalq artisti Nəcibə Məlikovanın xatirəsi anıldı

Xalq artisti Nəcibə Məlikova

Xalq artisti Nəcibə Məlikova

26 noyabr 2021
# 18:10

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatr və kino sənətinin tanınmış simalarından olan Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 iliyinə həsr edilmiş tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə muzeyin əməkdaşları, media nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib.

Tədbir çərçivəsində aktrisanın sənət fəaliyyətindən söz açılıb, onun xidmətləri vurğulanıb.

Sonra aktrisanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, oynadığı tamaşalardan və filmlərdən fraqmentlər göstərilib.

# 1538 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #