Cənubi Koreyalı aktyor Na Çul 36 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, səhhəti qəfil pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən aktyor orada dünyasını dəyişib. Sənətçinin ölümünün səbəbi isə hələ açıqlanmayıb.
Na-çeol 2010-cu ildə "Annanın gündəliyi" tamaşası ilə teatrda debüt edib və bir çox dram filmlərdə epizodik rollar oynayıb.