Şahzadə Diananın paltarı rekord qiymətə satıldı

Şahzadə Diananın paltarı rekord qiymətə satıldı
19 dekabr 2023
# 11:31

İngiltərə şahzadəsi kimi tanınan Şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, Şahzadənin ilk dəfə 1985-ci ildə Florensiyada geyindiyi paltar 1 milyon 148 min dollara satılıb.

Paltar Los-Ancelesdəki "Julien's Auctions" hərrac evi tərəfindən hərraca çıxarılıb.

Qeyd edək ki, Şahzadə Diana 1997-ci ildə sevgilisi Dodi El Fayed ilə Parisdə yol qəzasında dünyasını dəyişib.

Şahzadə Diananın paltarı rekord qiymətə satılıb - 2

# 661 dəfə oxunub

Müəllifin son yazıları

# # #