Məşhur yazıçının dəfninə jurnalistlər buraxılmayacaq.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Rus yazıçısı Eduard Limonovun dəfn mərasimi bağlı qapılar arxasında keçiriləcək. Qeyd olunur ki, bu mərhumun son arzusu olub.
Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Eduard Limonov əməliyyatdan sonra yaranan fəsadlar nəticəsində martın 17-də dünyasını dəyişib.