“Krosna” qrupunun solisti Seymur Allahverdiyev dənizdə boğularaq həyatını itirib.
Kulis.az xəbər verir ki, Buzovna qəsəbəsində 30 yaşlı sənətçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, “Krosna” qrupu mahnıları fərqli üslubda ifa edərək sosial şəbəkələrdə məşhurlaşmışdı.