“Yuğ”un ilk tamaşası olacaq

“Yuğ”un ilk tamaşası olacaq
25 fevral 2016
# 10:46

27 fevral tarixində saat 16:00-da “Yuğ” Teatrı yeni məkanda ilk tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə Mir Sahib Ağayevin quruluşunda təqdim olunan “Çox məkanda VAR olmuşuq...” adlı salamlamada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edəcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən “Yuğ” teatrı 2016-cı ilin fevral ayının 1-dən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

Hazırda teatrda yaradıcılıq işləri davam edir. Repertuarda olan bəzi tamaşalar teatrımızın müvəqqəti fəaliyyət göstərdiyi yeni məkana uyğunlaşdırılır, paralel olaraq bir neçə yeni tamaşanın məşqləri gedir. Bununla yanaşı, teatrın kollektivi bir sıra beynəlxalq və ölkəmiqyaslı layihələr üzərində də çalışır. Teatr tezliklə tamaşaçılarını yeni işləri ilə sevindirəcək.

Bütün media nümayəndələri dəvətlidir.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

# # #