Xalça Muzeyi işə başlayır

Xalça Muzeyi işə başlayır
31 avqust 2020
# 18:44

Azərbaycan Milli Xalça Muzeyi də sentyabrın 2-dən fəaliyyətini bərpa edəcək.

Kulis.az xəbər verir ki, muzey həftə içi çərşənbə axşamı–cümə günləri, saat 10.00-dan 19.00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı olacaq.

Asudə vaxtını maraqlı və səmərəli keçirmək istəyənlər sentyabrın 2-dən Azərbaycan Milli Xalça Muzeyini ziyarət edə bilər.

# 1878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #