Kitab sərgisi

İtalyan mətbəxi UNESCO-nun siyahısına namizəd göstərildi

İtalyan mətbəxi  UNESCO-nun siyahısına namizəd göstərildi
22 sentyabr 2025
# 15:00

İtaliya hökuməti və Bələdiyyələr Assosiasiyası, italyan mətbəxinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına rəsmi namizədliyini irəli sürüb.

Kulis.az xəbər verir ki, təşəbbüs çərçivəsində “Bazar günü nahar – italyanlar süfrə arxasında” adlı tədbir keçirilərək minlərlə insan ənənəvi yeməklərlə tanış edilib.

Rəsmilər mətbəxi sadəcə yemək deyil, ailə və dostluq münasibətlərini gücləndirən bir rituallar toplusu kimi təqdim edir.

İtaliya Baş naziri Corciya Meloni isə mətbəxin həm mədəni, həm də iqtisadi əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, qərarın dekabr ayında verilməsi gözlənilir.

# 124 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər