Rusiyanın “Bolşoy teatr”ı “Anna Karenina” baletini təqdim edib.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Kanada Milli Baleti və Hamburq Baletinin birgə işi olan tamaşanın rejissoru Con Noymayerdir.
Üç saatlıq tamaşada romandakı bütün hadisələr işıqlandırılmasa da, ümumi motivi saxlamaqla atmosferi və ətraf mühiti dəyişib.
- İntihar edənlər ölmək istəmir-ALT QAT
- Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stressdən dünyasını dəyişdi
- “Ustad dərsi”nin ilk təqdimatı keçirildi
Noymatyerin tamaşası seçkiabağı mitinqlə başlayır. Karenin yenidən seçilmək istəyən siyasətçidir. Qraf Vronski isə yarışlara hazırlaşan idmançı, Levin isə traktorçudur.
Anna Karenina teatrın priması Svetlana Zaxarovanın ifasında təqdim olunub.
Tamaşa sənət biliciləri tərəfindən sənət hadisəsi kimi qiymətləndirilib.