İsveç Avroviziyadakı qələbəsi ilə bağlı saxtakarlıqda ittiham olunur

İsveç Avroviziyadakı qələbəsi ilə bağlı saxtakarlıqda ittiham olunur
15 may 2023
# 12:50

Avroviziya pərəstişkarları Avropa Yayım İttifaqını nəticələri saxtalaşdırmaqda ittiham ediblər.

Kulis.az xəbər verir ki, bu barədə The Daily Mail məlumat yayıb.

Tamaşaçılar iddia edirlər ki, təşkilatçılar Lorin qələbəsini təşkil ediblər ki, gələn il Eurovision ABBA-nın 50-ci ildönümündə İsveçdə keçirilsin.

Xatırladaq ki, ABBA 1974-cü ildə Avroviziya Mahnı Müsabiqəsində "Waterloo" mahnısı ilə iştirak edib və bu mahnı onlara dünya şöhrəti gətirib. 2024-cü ildə onların qələbəsindən 50 il keçəcək və çoxları komandanın yarışda çıxış edəcəyini gözləyir.

Eyni zamanda, Eurovision-2023-ün qalibi müğənni Lorin əvvəlcə bukmeyker kontorlarının sevimlisi olub. Nəticədə o, müsabiqə tarixində münsiflər heyətindən ən yüksək ballardan birini (340) toplayıb və tamaşaçıların səsverməsində finlandiyalı reper Kaariyanı keçib.

# 1191 dəfə oxunub

Müəllifin son yazıları

# # #