Dünya şöhrətli rejissorun evi kül oldu - FOTO

Dünya şöhrətli rejissorun evi kül oldu -<span style="color:red;"> FOTO
27 iyul 2018
# 10:33

Yunanıstanda baş verən yanğın faciəsində müasir Avropa kinosunun görkəmli simalarından biri, Qızıl Palma budağı mükafatlı yunan rejissoru Teodoros Angelopulosun şəxsi arxivi yanaraq kül olub.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2012-ci ildə avtomobil qəzasında həlak olan Angelopulosun evi Matidə, yanmaqda olan Argiri Akti Tavermasından bir neçə metr aralıdadır.

Rejissorun həyat yoldaşı Feobe İkonomopoulo Angelopulos ərindən qalan bütün sənədlərin, kitabların və gün işığına çıxmamış əlyazmaların evlə birlikdə yandığını söyləyib.

Yanğın zamanı qızı və nəvəsi ilə Matidə olduğunu söyləyən Angelopulos “Evim tamamən yandı. Ərimin kitabları, ona hədiyyə olunmuş kitablar, məktublar, bütün başqa sənədlər kül oldu” –deyib.

Teodoros Angelopulos nüfuzlu kinofestivallarda mükafatlandırılmış “Ağlayan çayır”, “Sonsuzluq və bir gün”, "Dumanda peyzaj" filmlərindən, uzun poetik kadrları ilə tanınırdı.

# 1245 dəfə oxunub

Müəllifin son yazıları

# # #