İlk qadın deputat haqda film çəkilir

İlk qadın deputat haqda film çəkilir
9 mart 2022
# 09:40

Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyeva haqqında animasiya filmi çəkilib.

Kulis.az xəbər verir ki, Gürcüstanın “Qadınların Təşəbbüslərinə Dəstək Qrupu” Qeyri-Hökumət Təşkilatının (QHT) layihəsi əsasında hazırlanan “Pərixanım Sofiyeva” adlı qısametrajlı ekran əsəri Tbilisinin “Amirani” kinoteatrında Feminist Filmləri Festivalı çərçivəsində ilk dəfə nümayiş etdirilib.

Ekran əsərinin istehsal prosesinə azərbaycanlı icmadan məsləhətçilər də cəlb olunub.

Animasiya filmi gürcü dilində (ingilis dilində altyazılarla) təqdim olunub.

Cizgi filminin Azərbaycan dilli versiyası da hazırdır və tərəfdaş təşkilatların dəstəyi ilə bu versiyanın azərbaycanlı icma üçün nümayişi də nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, Qardabani rayonunun Qaracalar kəndindən olan P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib. O, tarixə müsəlman dünyasının demokratik yolla seçilən ilk qadın deputat kimi düşüb.

# 1372 dəfə oxunub

Müəllifin son yazıları

# # #