Kənan Hacının “Hacı İsgəndər” adlı yeni romanı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Romanda Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.
Romanda Ömər Faiq Nemanzadənin, Hacı Zeynalabdin Tağıyevin, Ənvər Paşanın, Nuru Paşanın, Ruhulla Axundovun, klassik şairlərdən Məşədi Azərin, Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.
Kitab Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi tərəfindən “Pergament” nəşriyyatında çap olunub.
Redaktoru İlhamə Hacıyevadır.