#

Əfsanəvi qrupun əlyazması rekord qiymətə satıldı - Foto

Əfsanəvi  qrupun əlyazması rekord qiymətə satıldı - Foto
15 aprel 2020
# 14:44

Məşhur “Bitıls” qrupunun dağılmasının 50-ci ildönümündə təşkil olunan hərracda qrupun dəyərli əşyaları satışa çıxarıldı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qrupun dünyaca məşhur “Hey Jude” mahnısının Pol Makkartin tərəfindən əl yazısı ilə yazılan sözlər hərracda 910 min dollara satılıb.

Bundan başa qrupun “Hello Goodbye” adlı mahnısının klipi üçün yazılan ssenarinin əlyazması 83 min 200 dollara, Ringo Starın Londondakı “Abbey Road” səsyazma studiyasında istifadə etdiyi külqabı 32 min 500 dollara, qrupun 1964-cü ildə çıxdğı ilk Qərbi Amerika turunda istifadə olunan və üstündə “Bitıls”ın logosu olan bas nağara dərisi 200 min dollara, Con Lennon və həyat yoldaşı Yako Ono tərəfindən çəkilən rəsm isə 93 min 750 dollara satılıb.

# 1439 dəfə oxunub

Müəllifin son yazıları

# # #