Xalid Kazımlı: “Şairin naləsi”-Ən qısa hekayə

Xalid Kazımlı: “Şairin naləsi”-Ən qısa hekayə
13 dekabr 2013
# 16:29

Kulis.az Xalid Kazımlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Şairin naləsi” (477 işarə) hekayəsini təqdim edir.

“Sən çıldırmış şairlərin titrəyən misralarında bəhs etdiyi o pərisən” misralı şarkı ondan danışır.

Bir çıldırmış şair vardı: saçı dağınıq, üzü hüznlü və tüklü, əyni tökülmüş.

Təxəllüsü Naləydi, hey nalə tökür, söylənirdi.

Onun cibinə pul qoya bilmirdik. Yoxdu.

Baxıb keçirdik. Şairə gülənlər də vardı, acıyanlar da.

O, niyə dəli olmuşdu, bilən yox idi.

Bir gün o öldü.

İndi o dəli şairin yeri görünür. Elə bil, şəhərdə artıq dəli şair yoxdur.

Dəli şairlərin titrək misralarındakı o pərini kimsə görmür.

Şairlər o pərilərin onları gördüyünü görəndə çıldırırlar.

# 7253 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #