“Euronews” kanalında Qəbələdən bəhs edən reportaj yayımlandı

“Euronews” kanalında Qəbələdən bəhs edən reportaj yayımlandı
10 avqust 2024
# 10:32

“Euronews” kanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı "Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra" adlı videoreportaj yayımlayıb.

Kulis.az xəbər verir ki, reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir, digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur.

Həmçinin, milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir.

Reportaj Qəbələnin təbiət mənzərələrinin nümayişi və turizm istirahət kompleksində kanat gəzintisi ilə davam edir.

Telekanal əməkdaşı turizm istirahət kompleksində yay turizmi üzrə təqdim edilən xidmətlərdən istifadə edərək, təəssüratlarını izləyicilərlə bölüşür.

# 361 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #