AYB-nin qurultay vaxtı məlum oldu

AYB-nin qurultay vaxtı məlum oldu
19 avqust 2022
# 15:43

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı məlum olub.

Bu barədə APA-ya AYB sədri, Xalq yazıçısı Anar məlumat verib. Onun sözlərinə görə, qurultay sentyabrın 30-da keçiriləcək.

Qurultayın keçiriləcəyi yerə gəlincə, Anar bildirib ki, Şabrandakı Yaradıclıq Evi şərait baxımından uyğun deyil:

“Şabrandakı Yaradıcılıq Evinin tikintisi tam yekunlaşmayıb. Həm də qurultayın keçirilməsi üçün orada lazımi yer və şərait yoxdur. Ona görə də növbəti qurultay Bakıda keçiriləcək. Bakıda isə harada keçiriləcəyi hələ ki, müzakirə edilir”.

# 1115 dəfə oxunub

Müəllifin son yazıları

# # #