Misir Londondan fironun qızıl başını istəyir

Misir Londondan fironun qızıl başını istəyir
12 iyun 2019
# 10:15

Misirin xarici işlər nazirliyi eramızdan əvvəl hökmranlıq etmiş firon Tutanhamonun qızıldan olan heykəlinin başı üçün avqustda Londonda keçiriləcək auksionun ləğv olunmasını istəyib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Misir höküməti heykəlin Misirə qaytarılması mövzusunda İngiltərə Xarici İşlər Nazirliyinə müraciət edib. Müraciətə rəsmi Londonun cavabı haqda heç nə deyilmir.

Məsələ ilə bağlı hərrac salonu və UNESKO ilə aparılan yazışmalarda mövcud qanunlara əsasən haqqında söhbət gedən tarixi əsərdə Misirin haqqı olduğu vurğulanıb.

# 2241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #