Etimad Başkeçidlə görüş keçirildi

Etimad Başkeçidlə görüş keçirildi
22 aprel 2025
# 10:15

"Ulduz"lu görüşlər" çərçivəsində Etimad Başkeçidlə görüş keçirilib

Kulis.az xəbər verir ki, "Ulduz" ədəbiyyat dərgisinin və "Xalq qəzeti"nin ortaq layihəsi olan "Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı, tərcüməçi Etimad Başkeçid olub.

Görüşdə "Ulduz" dərgisinin baş redaktoru Qulu Ağsəs, şöbə redaktoru Taleh Mansur, həmçinin Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. İlk olaraq Qulu Ağsəs qonaq yazıçının yaradıcılıq yoluna nəzər salıb, "Ulduz"lu görüşlər"in formatı, məqsədi, eləcə də keçirilən tədbirlər haqda danışıb.

Söz Etimad Başkeçidə verilib. Qonaq yazıçı ədəbiyyatın fərqli cəmiyyətlərin formalaşmasında rolunu vurğulayıb, Şərq və Qərb ədəbi təfəkküründəki oxşar və fərqli cəhətləri diqqətə çatdırıb. Bədii tərcümənin cari durumu, peşəkar tərcüməçilərin yetişməsi istiqamətində qarşıda duran məsələlər görüşün müzakirə predmetlərindən olub. Sonda yazıçı Etimad Baçkeçid tələbələri maraqlandıran sualları cavablandırıb, geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Ulduz"lu görüşlər"in növbəti qonağı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu olacaq.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #