Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər
7 noyabr 2026
# 10:12

Spotify 350 mindən çox ingilisdilli əsərdən ibarət səsli kitab kataloqunu Türkiyədəki istifadəçilərin ixtiyarına verib.

Kulis.az xəbər verir ki, platformanın həm pulsuz, həm də "Premium" istifadəçiləri aylıq 149 TL ödəməklə 15 saatlıq dinləmə müddəti təqdim edən "Audiobooks+" paketindən faydalana biləcəklər.

"Page Match" kimi innovativ funksiyalar sayəsində istifadəçilər fiziki kitabda qaldıqları səhifəni skan edərək anında səsli formata keçid etmək imkanı əldə edirlər.

Xidmət hazırda yalnız xarici dilli kataloqla fəaliyyətə başlasa da, "Spotify for Authors" platforması vasitəsilə yerli nəşriyyat və müəlliflərin də səsli kitablarını sistemə əlavə edərək 180-dən çox ölkədəki dinləyici auditoriyasına çıxması nəzərdə tutulur.

# 51 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər