Nikita Mixalkov qardaşıyla birgə restoran açır

Nikita Mixalkov qardaşıyla birgə restoran açır
9 aprel 2015
# 13:30

Rusiya rejissorları Andrey Konçalovski və Nikita Mixalkov qərb fast food şəbəkəsinə rəqib olacaq milli fast-food şəbəkəsi yaratmaq qərarına gəliblər. Kulisin İtar-tass agentliyinə istinadən verdiyi xəbərə görə qardaşlar layihəni başlamaq üçün dövlətdən milyard rubla yaxın pul istəyir.

Pilot layihənin buraxılması və kafe kulinariya şəbəkəsinin açılması üçün 971, 8 milyon rubl lazımdır.

Qardaşlar Rusiya rəhbərliyinə müraciətlə yazılan məktubda “Yedim doma” brendi ilə milli kafe-kulinariya şəbəkəsini yaratmaq istədiklərini bildiriblər. Brendin Konçalovskinin həyat yoldaşı, aktrisa və teleaparıcı Yuliya Visotskayaya aid olması qeyd olunub. Yeni şəbəkənin əsas siması da o olacaq.

Qardaşlar kulinariyanı kafeyə birləşdirilmiş kiçik mağazalar şəklində yaratmağı düşünürlər. Menyunun 30-40 faizini yerli məhsulların təşkil edəcəyi bildirilir.

# 935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #