Əməkdar jurnalist Şamil Vəliyev vəfat etdi

Əməkdar jurnalist Şamil Vəliyev vəfat etdi
18 yanvar 2024
# 10:45

Əməkdar jurnalist, professor Şamil Vəliyev 64 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, o, 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub.

O, 2005-2022-ci illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, 2012-2016-cı illərdə fakültənin dekanı vəzifələrində çalışıb, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub.

Ş.Vəliyev milli mətbuat tarixi sahəsinin, xüsusilə "Füyuzat" ədəbi məktəbinin araşdırılmasında böyük xidmətləri olub. Bu sahədə nəşr olunmuş bir sıra tədqiqatların, əsərlərin müəllifidr.

Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.

Allah rəhmət etsin!

# 605 dəfə oxunub

Müəllifin son yazıları

# # #