Məşhur rus aktrisa vəfat etdi

Məşhur rus aktrisa vəfat etdi
3 mart 2016
# 11:34

Məşhur aktrisa Natalya Kraçkova 78 yaşında ürək çatışmazlığından vəfat edib. Kulisin rus mətbuatına istinadən verdiyi məlumata görə o, fevralın 27-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Həkimlər tanınmış aktrisanı xilas etməyin mümkün olduğunu söyləsələr də, xəstənin vəziyyəti getdikcə ağırlaşıb.

Sovet teatr və kino aktrisası olan Kraçkova Rusiyanın əməkdar artist adına layiq görülüb. Onun kinodakı uğuru Qaydayın “12 stul” filmindəki madam Qriçaç rolundan sonra başlayıb. Eyni zamanda “İvan Vasilyeviç peşəsini dəyişir”, “Mənim ərim olun”, “Ola bilməz” və başqa filmləri ilə Kraçkova tamaşaçıların yaddaşında qalıb.

# 1018 dəfə oxunub

Müəllifin son yazıları

# # #