Rus vandalizmi XXI əsrdə: Türk liderin heykəli sökülür

Rus vandalizmi XXI əsrdə: Türk liderin heykəli sökülür
2 sentyabr 2025
# 11:40

Moskva başqırd irsini məhv etməkdə davam edir.

Kulis.az xəbər verir ki, Ufada başqırdların hüquqları uğrunda mübarizə aparan ilk Başqırd Respublikasının qurucusu Əhməd Zəki Validinin şəkli tarixi binalardan birinin fasadından çıxarılaraq reklamla əvəz edilib.

Bundan əvvəl isə onun Sankt-Peterburq və Sibaydakı büstləri götürülüb, xatirə lövhələri yoxa çıxıb.

İndi daha bir milli simvolun məhv edilməsi - Salavat Yulayevin abidəsinin sökülməsi planlaşdırılır. Heykəlin 2027-ci ilə qədər geri qaytarılacağı vəd edilir, lakin başqırdlar buna inanmırlar.

Bundan əlavə, abidənin yerləşdiyi təpənin zirvəsindən 4 metr torpaq qatının kəsilməsi planlaşdırılır, bu isə başqa bir mədəni-irsə təhlükə yaradır.

Qeyd edək ki, Yulayev başqırd xalq qəhrəmanı, el şairidir və o, çar rejiminə qarşı üsyanların rəhbərlərindən biri olub.

# 158 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər