Əməkdar artist Elxan Qasımov yad edildi

Əməkdar artist Elxan Qasımov yad edildi
30 may 2024
# 15:30

Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Əməkdar artist, kinorejissor, aktyor Elxan Qasımovun vəfatının ildönümü münasibətilə xatirə gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi açılıb.

Əməkdar artist Elxan Qasımovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Kinorejissor Oqtay Mirqasımovun “Azərbaycan haqqında etüd” (1969) və Elxan Qasımovun “Nizami Gəncəvi” (1976) sənədli filmləri tamaşaçılara təqdim olunub.

# 1081 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #