Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açıldı

Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açıldı
22 dekabr 2025
# 12:45

Dekabrın 22-də Milli Kitabxanada tarixçi, şərqşünas, akademik Nailə Vəlixanlının anadan olmasının 85 illiyinə həsr olunmuş “Akademik Nailə Vəlixanlı” adlı virtual və “Akademik Nailə Vəlixanlı – 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgilərdə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, Azərbaycan tarixinə dair elmi tədqiqatları, sanballı monoqrafiyaları, elmi redaktoru, tərtibçisi olduğu kitablar, həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

# 45 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər