"Sevərik bir-birimizi dodaqlarımızla..." - Fransız şairdən sevgi şeirləri

"Sevərik bir-birimizi dodaqlarımızla..." -  Fransız şairdən sevgi şeirləri
9 sentyabr 2026
# 14:00

Bu gün fransız yazıçı, şair Stefan Malarmenin anım günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

Əgər istəsən, sevərik bir-birimizi,
Heç nə danışmadan, dodaqlarımızla...
Bu qızılgülün yerini dəyişmə,
Qoy daha dərin bir səssizlik olsun.

Mahnılar heç vaxt tələsik oxunmaz,
Gülüşün parıltısını itirməmək üçün...
Əgər istəsən, sevərik bir-birimizi,
Heç nə danışmadan, dodaqlarımızla.

Dairələrin ortasında dilsiz-ağızsız,
Padşah qırmızısı içində bir pəri kimi,
Alovlu bir öpüş parçalanır qanadların ucunadək,
Əgər istəsən, sevərik bir-birimizi...

***

Dua edərkən özü ilə danışan dizlərindən öpürəm,

Açıq dənizi sakitləşdirmək istəyən ayaqlarından öpürəm...

Başımı sənin gözəl bədəninə söykəyib...

Tövbə paltarımda günahım üçün ağlamaq istəyirəm...

Orada, mənim əziz müqəddəsim,

Qaranlıq uçurumun və sərhədsizliyin unutqanlığında,

Canlı və təzə ətirlərlə məst olaraq,

Uzun ilahimi asta-asta oxuyub qurtaranda,

Əzabım sənin sağlam bədənində sakitləşəcək...

Rus dilindən sətri tərcümə: Aydan Ağayeva

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər