Elxan Qasımova qoyulan diaqnoz açıqlandı - Yenilənib

Elxan Qasımova qoyulan diaqnoz açıqlandı - Yenilənib
11 may 2023
# 13:58

Əməkdar artist Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

Onun sözlərinə görə, atası əməliyyat edilib, hazırda reanimasiyadadır: “Vəziyyəti stabil ağır olaraq qiymətləndirilir”.

***

Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

O, atasının səhhətinin ağır olduğunu vurğulayıb.

Xatırladaq ki, dünən Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdüyü barədə məlumat yayıb.

# 12437 dəfə oxunub

Müəllifin son yazıları

# # #