Maneəsiz Filmlər Festivalının qalibləri mükafatlandırıldı

Maneəsiz Filmlər Festivalının qalibləri mükafatlandırıldı
14 iyun 2024
# 15:00

Türkiyədə görmə və eşitmə məhdudiyyətli şəxslər arasında keçirilən ilk film festivalı olan Maneəsiz Filmlər Festivalının qalibləri açıqlanıb.

Kulis.az xəbər verir ki, münsiflər heyətinin və tamaşaçıların qərarı ilə mükafatın qalibləri müəyyən edilib.

Ankara Höte İnstitutunda keçirilən mərasimdə “beynəlxalq qısametrajlı film kateqoriyası” və “milli bədii film kateqoriyası” üzrə ayrı-ayrı mükafatlar verilib.

“Beynəlxalq qısametrajlı film kateqoriyası”nda “Tamaşaçı mükafatı”nı rusiyalı rejissor İvan Sosninin rejissorluğu ilə çəkilmiş “Otuz saniyə”, “Münsiflər heyətinin xüsusi mükafatı”nı isə portuqaliyalı rejissor Joao Rodriqeşin “Ana Morfoz” filmi qazanıb.

"Ən yaxşı ssenari" mükafatına "Hörümçək qadın" filmi ilə iranlı ssenarist-rejissor Məryəm Xodabəxş layiq görülüb.

# 710 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #