Cavad xan haqda kitab çıxdı

Cavad xan haqda kitab çıxdı
24 iyun 2020
# 10:17

“Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, AMEA-nın Gəncə Bölməsi və Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə ərsəyə gələn kitabda Ziyadoğlu-Qacarlar nəsli və onun görkəmli nümayəndəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan haqqında tarixi mənbələrə əsaslanan məlumatlar – Cavad xanın əcdadları və nəvə-nəticələri, Gəncə uğrunda onun işğalçılara qarşı göstərdiyi şücaətlər və digər maraqlı faktlar təqdim olunub.

Nəşrin tərtibçisi Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır. O, həmçinin kitabda yer alan farsdilli mətnin tərcüməçisi, şərhlərin və ön sözün müəllifidir. Kitabın rəyçisi isə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

# 3421 dəfə oxunub

Müəllifin son yazıları

# # #