Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Soyinkanın ABŞ vizası ləğv edilib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, nigeriyalı yazıçı mətbuat konfransında bu qərara mat qaldığını və vizasının ləğvinə səbəb ola biləcək hər hansı səbəbdən xəbərsiz olduğunu vurğulayıb.
Soyinka Tramp administrasiyasının hərəkətlərini "cadugər ovu" adlandırıb: “Mən bu konfransı keçirməliyəm ki, ABŞ-də məni bu və ya digər tədbirlərdə gözləyən insanlar vaxtlarını itirməsinlər".
Soyinka ABŞ konsulluğundan vizanın ləğvi ilə bağlı rəsmi bildiriş aldığını təsdiqləyərək, indi ölkəyə daxil ola bilməyəcəyini qeyd edib.
Yazıçı əlavə edib ki, onun heç bir cinayəti - hətta vizanın ləğvi üçün əsas ola biləcək kiçik cinayətləri də yoxdur.