“Drezdendə görüş” kitabı çap olundu

“Drezdendə görüş” kitabı çap olundu
17 noyabr 2021
# 19:00

Fizika–riyaziyyat üzrə fəlsəfə doktoru Məmməd Yolçuyevin “Drezdendə görüş” kitabı “Füyuzat” nəşriyyatında çapdan çıxıb.

Kulis.az xəbər verir ki, yeni nəşrdə “Müəllim”, “Bazarkom”, “Əks səda”, “Deyəsən xəstəyəm”, “Xəstə həkim”, “Qocanın arzusu”, “Minnətdarlıq”, “Ağır eşidirəm”, “Klip” hekayələri və “Drezdendə görüş” povesti yer alıb.

Hekayələr və povestdə müxtəlif xarakterli insanlar arasındakı münasibətlərdən bəhs olunur. Nəşrdə gənclərin məhəbbətləri, elmə, təhsilə maraqları, Vətənə, torpağa bağlılıqları və s. cəhətdən qabarıq şəkildə verilib.

Nəşrin redaktoru Araz Fərzəliyevdir.

M.Yolçuyev 8 elmi kitabın və 70–dən çox elmi məqalələrin müəllifidir. Oxuculara təqdim olunan “Drezdendə görüş” kitabı isə müəllifin bədii yaradıcılığında nəşr olunan ikinci kitabıdır.

# 1373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #