Mehriban Vəzirin romanı çap olunub

Mehriban Vəzirin romanı çap olunub
21 noyabr 2017
# 15:55

Mehriban Vəzirin “Səyyarə xanım və Ferens List” tarixi romanı çap olunub. Kulis.azın məlumatına görə əsər Səyyarə ilə Ferensin sevgisindən bəhs edir.

Əsər alman köçmənlərinin həyat hekayələrini, sevgi dastanlarını, ayrılıq və həsrətləri, yerli insanlarla birlikdə çəkdikləri əzabları ilk dəfə bədii sözə çevirir. Almanların Gəncəbasarda yaşamı ilə yanaşı 200 il yaşı olan bir eşq əhvalatını, Səyyarənin və Ferensin qara sevdasını da canlandırır.

“Səyyarə Xanım və Ferens List” əsərində böyük faciələr yaşamış alman köçmənlərinin həyat tarixinin müəyyən dönəmi haqqında, eləcə də görkəmli macar bəstəkarı Ferens List haqqında sənədli məlumatlar verilir.

Bu məlumatların, olmuş, unudulmuş, bəzən də ötr-basdır edilmiş hadisələrin çoxu ictimaiyyətə ilk dəfə təqdim edilir.

Məlum olduğu kimi Azərbaycan, Gürcüstan, Almaniyanın təşəbbüsü ilə YUNESCO 2017-ci ili alman məskənlərinin salınmasının 200 illiyini kimi qeyd edir. Bu layihəni həmin tarixə töhfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirmiş, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi icra etmişdir.

# 936 dəfə oxunub

Müəllifin son yazıları

# # #