Anar Şuşadan danışdı: “Dostluq, qardaşlıq mesajları verilirdi” - Fotolar

Anar Şuşadan danışdı: “Dostluq, qardaşlıq mesajları verilirdi” - Fotolar
16 may 2021
# 12:01

“Çox xoşbəxtəm ki, gedib Şuşanı gördüm. Bu bizim otuz illik həsrətimiz idi.”

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq yazıçısı Anar Şuşa səfəri ilə bağlı təəssüratını bölüşərkən söyləyib. O, daha sonra əlavə edib:

“Mənə də nəsib oldu, Şuşaya gedə bildim. Ordumuzun, Ali baş komandanımızın və xalqımızın birliyinin rəmzi olaraq qələbə çaldıq. Şuşada iki gün möhtəşəm konsert oldu. Bu sənət göstərisi olmaqla yanaşı, həm də siyasi-ictimai əhəmiyyətə malik festival idi. Orada musiqi sədaları altında dostluq, qardaşlıq mesajları verilirdi”.

Anar Şuşada sonuncu dəfə olduğu illəri də xatırladı:

“Şuşada axırıncı dəfə 80-ci illərdə olmuşam. 81-ci ilin yayını Şuşada keçirmişəm. Ondan sonra “Üzeyir günləri” və “Vaqif poeziya günləri”ndə iştirak etmişəm”.

Təəssüratının sonunda yazıçı Qarabağ qələbəsinin, o cümlədən Şuşa səfərinin ədəbiyyata təsirindən danışdı:

“Şuşaya qayıdış ədəbiyyatda özünü artıq göstərir, əsərlər yazılır. İnanıram ki, gələcəkdə daha çox yazılacaq. Çünki Şuşanın geri qayıtması, 44 günlük müharibə bizə ruh yüksəkliyi verdi, qürurumuzu bizə qaytardı. İndən belə Şuşa haqqında ruh yüksəkliyi yaradan əsərlər yazılacaq".

May be an image of 2 people, including Reshad Mecid, people standing, tree and mountain

May be an image of 4 people, including Reshad Mecid, people standing, mountain, grass and tree

May be an image of 7 people, people standing, military uniform and mountain

# 2114 dəfə oxunub

Müəllifin son yazıları

# # #