Şvartseneqqer nasist atasının anasını necə döydüyündən danışdı

Şvartseneqqer nasist atasının anasını necə döydüyündən danışdı
8 iyun 2023
# 11:30

Yeni Netflix sənədli filmində aktyor Arnold Şvartseneqqer nasist atasının psixi pozğunluğu haqqında danışıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun atası Qustav Şvartseneqqerin Vermaxt zabiti olduğu, 1942-ci ildə Leninqrad yaxınlığındakı döyüşlərdə iştirak etdiyi, yaralandığı və "Dəmir Xaç" ordeni ilə təltif edildiyi məlumdur.

Müharibədən sonra o, Arnold da daxil olmaqla iki oğul dünyaya gətirən gənc dul qadın Aureliya ilə evlənib. Aktyorun dediyinə görə, atası ruhi xəstəlikdən əziyyət çəkirmiş və onda şizofreniya əlamətləri var imiş.

“O, üç gün binanın dağıntıları altında qaldı, müharibəni uduzdular. Evə depressiya ilə qayıtdı. Avstriya parçalanmış ölkə idi və bəzən atam üçün xüsusilə ağır olurdu"- , deyə "Terminator" ulduzu xatırlayır.

Aktyor atasının bəzən anasını döydüyünü və ya yalnız müəyyən tapşırıqları yerinə yetirdikdən sonra oğlanlara yemək yeməsinə icazə verdiyini bildirib:

“O, səhər saat üçdə qışqırırdı və biz bunun nə demək olduğunu bilə-bilə ürək döyüntüsü ilə oyanırdıq. O, hər an anamızı vura bilərdi. Zorakılığı qəribə idi " -, deyə sənətçi qeyd edib.

# 656 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #