Sankt-Peterburqun “Aleksandrinski Teatr Məktəbi”nin təhsil layihəsi Bakıda

Sankt-Peterburqun  “Aleksandrinski Teatr Məktəbi”nin təhsil layihəsi Bakıda
21 fevral 2024
# 10:09

Bir müddət öncə (2021-ci il) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YARAT Müasir İncəsənət Məkanı və Rusiya Teatr Sənəti İnstitutunun (keçmiş QİTİS) birgə layihəsi olan “Gənc teatr prodüserləri üçün laboratoriya”sı həyata keçirilmişdi. Ölkəmizdə teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması layihənin əsas məqsədini təşkil edirdi.

Kulis.az xəbər verir ki, Rusiyadan gələn teatr sənəti üzrə tanınmış pedaqoqlar və aktyorlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçirlər.

Ustad dərsləri Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiya Milli Dram Teatrı – Aleksandrinski Teatrı (Sankt-Peterburq), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə “Aleksandrinski Teatr Məktəbi” təhsil layihəsi çərçivəsində həyata keçirilir.

# 2033 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #