Bütün zamanların ən yaxşı trilleri seçildi

Bütün zamanların ən yaxşı trilleri seçildi
4 iyul 2023
# 12:50

Showcase Cinemas şirkəti tərəfindən 2000 nəfər arasında keçirilən sorğunun nəticələrinə görə, “Die Hard” filmi bütün zamanların ən yaxşı trilleri seçilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən film tamaşaçıların 18 faizinin səsini toplayıb.

İkinci yerdə Stiven Spilberqin İndiana Cons seriyasının ilk filmi olan "Raiders Of The Lost Ark" 15 faiz səs toplayıb.

“Top Gun” 13 faiz səslə üçüncü yeri tutub.

"Terminator 2: Judgement Day" 12 faiz səslə dördüncü, "Gladiator" isə 11 faizlə beşinci yerdə qərarlaşıb.

# 974 dəfə oxunub

Müəllifin son yazıları

# # #