Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
12 avqust 2023
# 15:48

Rusiyalı aktrisa Bella Ko 55 yaşında vəfat edib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir, aktrisa Moskvadakı mənzilində dünyasını dəyişib.

Sənətçinin ölümünə səbəb onkoloji xəstəlik olub.

Ko məşhur "Ölümcül qüvvə", "Sınıq fənərlərin küçələri", "Sklifosovski" seriallarında oynayıb. Aktrisa məşhur cizgi filmlərini “Oyuncaq hekayəsi”, “İnanılmazlar”, “Tarzan 2: Əfsanənin başlanğıcı”, “Karib dənizinin quldurları”, “Böyük balıq” və digər filmləri də səsləndirib.

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

# # #