Bülbülün Memorial Muzeyində “Zəfər Yolu” sərgisi

Bülbülün Memorial Muzeyində “Zəfər Yolu” sərgisi
7 noyabr 2025
# 17:10

Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdində İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Zəfər Yolu” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərginin açılışında 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin xalqımızın birliyinin, sarsılmaz iradəsinin və gücünün təcəssümü olduğu vurğulanıb.

Qeyd olunub ki, bu Qələbə Azərbaycan xalqının milli ruhunun və dövlətimizin qüdrətinin bariz göstəricisidir.

Muzeydə təşkil olunmuş sərgidə AMK-nın nəzdində İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin qəhrəmanlıq, vətənpərvərlik və zəfər mövzularını əks etdirən əsərləri nümayiş etdirilir.

Qeyd edək ki, sərgi noyabrın 16-dək davam edəcək.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər