Azərbaycanın xalq artisti vəfat edib

Azərbaycanın xalq artisti vəfat edib
12 aprel 2013
# 09:09

Xalq artisti Nodar Şaşıqoğlu bu gün dünyasını dəyişib. Lent.az-ın verdiyi məlumata görə, acar əsilli xalq artisti Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib. N.Şaşıqoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Xalq artisti Nodar Şaşıqoğlu 1927-ci ildə Tbilisidə anadan olub. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub.

Şukin adına Teatr İnstitutunu bitirib. Bir il Vaxtanqov adına teatrda işləyib.

İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İskəndərbəyov haqqında çəkilən filmdə olub. Filmdə Mehmet Fateh obrazını yaradıb. Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rol oynayıb və bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.

“Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Səhər”, “Bimiz küçə”, “”Telefonçu qız”, “De ki məni sevirsən!” və başqa filmlərdə biri-birindən maraqlı obrazlar yaradıb.

Allah rəhmət eləsin!

# 1737 dəfə oxunub

Müəllifin son yazıları

# # #