AYB-dən Nəriman Əbdülrəhmanlı BƏYANATI

AYB-dən Nəriman Əbdülrəhmanlı BƏYANATI
12 iyun 2014
# 14:57

Azərbaycan Yazıçılar Birliyi (AYB) yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının istefasına münasibət bildirilib.

Kulis.az-ın məlumatına görə, qurum bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir: “Bu gün müxtəlif xəbər saytlarında yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının “Azərbaycan yazıçıları XII qurultayının iştirakçılarına” adlı müraciəti işıqlandırılıb.

Müraciətdə deyilir: “...Ən axırda da naməlum səbəblər üzündən XII qurultayın iştirakçıları sırasında deyiləm.” Nəriman Əbdülrəhmanlının bu yalanına cavab olaraq bildiririk ki, nizamnaməyə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin bütün üzvləri, o cümlədən Nəriman Əbdülrəhmanlı yazıçıların XII qurultayının nümayəndəsidirlər. Müraciətin yarıdan çoxunu özünütərifə həsr edən yazıçı daha sonra "Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürək ağrısı ilə müşahidə eləmişəm" deyə fikir bildirib. Nəriman Əbdülrəhmanlı özü də yaxşı bilir ki, bu ağ yalanı heç bir fakt ilə sübut edə bilməz. Açıqlamasının sonunu “buna görə də artıq AYB sıralarında qalmaq üçün mənəvi haqqım olmadığını dərk eləyir, təşkilatın üzvlüyündən çıxdığımı bildirirəm. Elə bilirəm ki, bununla onsuz da çoxsaylı olan Birliyə heç bir ziyan dəyməyəcək” cümlələri ilə bitirən Nəriman Əbdülrəhmanın AYB sıralarında qalmağa mənəvi haqqının olmadığını dərk etməsinə hörmətlə yanaşır və bu istefaya etiraz etmirik”.

# 1798 dəfə oxunub

Müəllifin son yazıları

# # #