Beren Saatın "Gizli dolab"ı

Beren Saatın "Gizli dolab"ı
20 sentyabr 2024
# 16:30

Bir müddət əvvəl Kıvanç Tatlıtuğla oynadığı "İstanbula son zəng" filmi ilə gündəmə gələn Beren Saatın yeni filmi açıqlanıb.

Kulis.az xəbər verir ki, aktrisa "Gizli dolab" filmində oynayacaq.

O, filmdə jurnalist və köşə yazarı Rengin Alaz obrazını canlandıracaq.

Çəkilişlərin sentyabrın 24-də başlanması planlaşdırılır.

Rengin Alazın həyat yoldaşı Barışı Yiğit Özşener, gənclik sevgisi Cemi isə Furkan Andıç oynayacaq.

Rejissorluğunu Caner Alper və Mehmet Binayın etdiyi filmə "OGM Pictures" imza atıb.

Ülvi Bahadır

# 606 dəfə oxunub

Müəllifin son yazıları

# # #